Mənzil, ofis, obyekt, avtomobil üçün hər növ plyonka və vinillər


Mənzilinizin və ya ofisinizin pəncərəsindən günəş sizi narahat edir? Mağazanızın vitrinlərində bahalı məhsullar günəş şüaları tərəfindən xarab olur? Yaşayış sahənizi və ya obyektinizi günəşdən qorumaq istəyirsiniz lakin , eyni zamanda içəri kifayət qədər günəş işığının düşməsini istəyirsiniz? Kənar şəxslər evinizin içini görür? Günəşin təklükəli UV və UR şüalarından qorunmaq istəyirsiniz? Avtomobilinizin içinin çöldən görünməməsini istəyirsiniz? Yay aylarında günəşin salonunuzu həddindən çox qızdırmağından azad olmaq istəyirsiniz? Bütün bunların həlli mümkündür ! Bizə müraciət edə bilərsiniz.
Plyonka növləri
Mənzil üçün

Bu plyonkaların köməyi ilə sizin mənziliniz günəş işığını içəri buraxacaq lakin, günəşin təhlükəli UV və UR şüaları sizə, ailə üzvlərinizə heç bir ziyan vurmayacaq. Güzgü effektli plyonkamız şüşəyə quraşdırıldıqdan sonra günəşin istilik enerjisinin qarşısı 90% alınır. Kənar şəxslər çöldən baxdıqları zaman güzgü effekti sayəsində özlərini, mənzilin içində olan şəxslər isə içəridən çölü rahatlıqla görür. Plyonkalarımızın daha bir müsbət xüsusiyyəti onların günəşin təhlükəli (UV) ultrabənövşəyi şüalarından qorumasıdır.
Obyekt üçün

Obyekt üçün nəzərdə tutulan plyonkalarımızı siz obyektlərinizə, ofislərinizə, mağazalarınızın vitrinlərinə istifadə edə bilərsiniz. Burada məqsəd günəş şüalarının sizin mağazanın vitrinlərində olan bahalı məhsullara ziyan vurulmasının qarşısını almaqdır. Plyonkanın qoruması nəticəsində vitrinin arxasında olan məhsullar rəngini dəyişmir, bozarmır və yararsız hala düşmür.
Avtomobil üçün

Avtomobil üçün müxtəlif növ və təyinatlı plyonkalar mövcuddur. Günəş şüalarına qarşı, günəş enerjisinə qarşı, tündləşdirici, qoruyucu və sair. Bundan əlavə stokumuzda PPF plyonkalar da mövcuddur.
Haqqımızda
Şirkətimiz Almaniyanın Haverkamp GmbH şirkəti ilə əməkdaşlıq edir. Məhsullar 100% Almaniya istehsalıdır. Zəmanət və sertifikat mövcuddur. Sizə uyğun plyonkanın təyin olunması şirkətimizin əməkdaşları tərəfindən pulsuz məsləhət ediləcəkdir. Çatdırılma və quraşdırma xidmətlərimiz var.












